Azərbaycan koronavirus testlərinin sayını sürətlə artırdı - ÜST 

12:10 16.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan koronavirus testlərinin sayını sürətlə artırdı”.

Bunu bu gün ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, nə qədər çox test keçirilirsə, bu, bir o qədər yaxşıdır.

“Hazırda Azərbaycanda 18 laboratoriya var. İki ay ərzində laboratoriyaların sayı 2-dən 18-ə çatdırılıb. Testlərin sayı ilə bərabər keyfiyyətinin artması üçün bu sahədə monitorinqlərin aparılması da önəmlidir”, - deyə o vurğulayıb.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı qeyd edib ki, testlərin arxasında elmi protokollar, böyük iş durur: “Burada təcili tibbi yardım işçilərinə təlim keçirilməsindən tutmuş laboratoriyalara qədər böyük bir prosesdən söhbət gedir”.